Milli Paralimpiya Komitəsi 2019-cu il üçün gəlir və xərclərini açıqlayıb

Milli Paralimpiya Komitəsi 2019-cu il üçün gəlir və xərclərini açıqlayıb Milli Paralimpiya Komitəsi 2019-cu il üçün gəlir və xərclərini açıqlayıb.
Fərdi
28 Dekabr , 2019 14:52
Milli Paralimpiya Komitəsi 2019-cu il üçün gəlir və xərclərini açıqlayıb

Milli Paralimpiya Komitəsi 2019-cu il üçün gəlir və xərclərini açıqlayıb.

“Report” xəbər verir ki, komitəyə 6 mənbədən, ümumilikdə, 2 milyon 291 min manat vəsait daxil olub.

Bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu, Azərbaycan Respublikasının Dövlət Büdcəsi, komitənin tərəfdaşları və “İBSA Judo Grand Prix Baku 2019” yarışlarından daxil olan vəsaitlərdir.

Bu vəsaitlər, əsasən, beynəlxalq yarışlarda iştirak, daxili yarışların təşkili, təlim-məşq toplantıları, aviabiletlərin alınması, dərman vasitələrinin alınması, tədbirlərin təşkili, uşaq paralimpiya hərəkatının inkişafı, komitənin ofisinin saxlanma xərcləri və “Tokio 2020”yə ilkin hazırlıq istiqamətində sərf olunub.

Cüdo idman növünə 134 464 manat, atletikaya 281 953 manat, pauerliftinqə 105 934 manat, güllə atıcılığına 71 098 manat, üzgüçülüyə 86 172 manat, kamandan oxatmaya 66 148 manat, taekvondoya 27 157 manat, para velosipedə 7 212 manat, boccia idman növünə 19 980 manat, qılıncoynatmaya 6 143 manat, qış idman növlərinə 12 091 manat, əlil arabasında idman rəqsinə 16 223 manat, uşaq paralimpiya hərəkatına 78 407 manat xərclənib.

Son xəbərlər

Orphus sistemi