Yaponiya Milli Olimpiya Komitəsinin prezidenti korrupsiya ittihamlarından sonra istefa verib

Yaponiya Milli Olimpiya Komitəsinin prezidenti korrupsiya ittihamlarından sonra istefa verib Yaponiya Milli Olimpiya Komitəsinin prezidenti Tsunekadzu Takeda korrupsiya ittihamlarından sonra vəzifəsindən istefa verib.
Fərdi
19 Mart , 2019 12:30
Yaponiya Milli Olimpiya Komitəsinin prezidenti korrupsiya ittihamlarından sonra  istefa verib

Yaponiya Milli Olimpiya Komitəsinin prezidenti Tsunekadzu Takeda korrupsiya ittihamlarından sonra vəzifəsindən istefa verib.

"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. O, Beynəlxalq Olimpiya Komitəsindəki (IOC) vəzifəsini də itirib. 

T.Takeda ittihamlara baxmayaraq, tezliklə təqsirli olmadığını sübut etmək niyyətindədir. Yaponiyanın cüdo üzrə olimpiya çempionları Yasuxiro Yamasita və Kozo Tasima prezindet postuna əsas namizəd hesab olunurlar.

Qeyd edək ki, Fransanın "Le Monde" nəşri 2013-cü ildə Tokionun 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsinin gizli bank əməliyyatları ilə mümkün olduğunu yazıb. İddia olunur ki, T.Takeda Afrika təmsilçilərinin səslərini qazanmaq üçün 2 milyon dollar rüşvət verib. 

Son xəbərlər

Orphus sistemi