Milli Olimpiya Komitəsində hesabat-seçki konfransı keçiriləcək

Milli Olimpiya Komitəsində hesabat-seçki konfransı keçiriləcək Milli Olimpiya Komitəsində (MOK) hesabat-seçki konfransı keçiriləcək.
Fərdi
2 Dekabr , 2021 15:17
Milli Olimpiya Komitəsində hesabat-seçki konfransı keçiriləcək
0 : 00
0 : 00

Milli Olimpiya Komitəsində (MOK) hesabat-seçki konfransı keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib. O, seçkinin yaxın vaxtlarda olacağını bildirib.

MOK rəsmisi bildirib ki, hər olimpidadan sonra Beynəlxalq Olimpiya Komitəsinin (IOC) qaydalarına görə hesabat-seçki konfransı keçirilir: "Bu zaman həm hesabat verilir, həm də yeni tərkib müəyyənləşir. Budəfəki müddət 5 il oldu. Bu da Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı idi. Bu ilin sonunadək və ya gələn ilin əvvəlində hesabat-seçki konfransı baş tutacaq. Hər şey cənab prezidentdən asılıdır. Seçkidə yeni heyət, İcraiyyə Komitəsinin tərkibi müəyyənləşəcək. Artıq hesabat hazırdır. Bu, əvvəlki hesabatlara nisbətən daha çoxdur. Çünki 5 ilin hesabatıdır. Yəqin ki, bu dəfə 4 illik müddətə seçiləcək".

Hüseynzadə Azərbaycanın idman uğurlarının dövlət başçısı İlham Əliyevlə bağlı olduğunu söyləyib. Onun sözlərinə görə, fövqəladə hal baş verməsə, "omikron" təhlükəsi olmasa, ilin sonunda Prezident İlham Əliyev idmançıları qəbul edərək, onları şəxsən mükafatlandıracaq.

Son xəbərlər

Orphus sistemi