AMADA Milli Mətbuat Günü ilə əlaqədar "virtual kafe" təşkil edib

AMADA Milli Mətbuat Günü ilə əlaqədar "virtual kafe" təşkil edib Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) media nümayəndələri üçün “virtual kafe” formatında videokonfrans keçirib.
Fərdi
495
22 İyul , 2020 14:26
AMADA Milli Mətbuat Günü ilə əlaqədar virtual kafe təşkil edib

Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan Milli Antidopinq  Agentliyi (AMADA) media nümayəndələri üçün “virtual kafe” formatında videokonfrans keçirib.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, konfransda AMADA ilə mətbuatı birləşdirən prinsiplər və Antidopinq nəzarətinin həyata keçirilməsində KİV-in rolu mövzularında müzakirələr aparılıb.

Videokonfransda AMADA-nın direktoru Şəfəq Hüseynli media nümayəndələrini peşə bayramları münasibəti ilə təbrik edib.

O, “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşrinin böyük tarixi hadisə olduğunu bildirib: "Həmin hadisədən ötən 145 il ərzində Azərbaycan mətbuatı böyük tarixi yol keçib. “Əkinçi”dən başlayan mətbuat ənənələrimiz bu gün uğurla davam və inkişaf edir".

Mətbuatın cəmiyyətdəki rolundan da bəhs edən Ş.Hüseynli deyib ki, AMADA  daim KİV-lə səmərəli əməkdaşlıqda maraqlıdır: "Bu əməkdaşlıq ədalətli və təmiz idmanın təbliği baxımından vacibdir. Antidopinq nəzarətinin həyata keçirilməsində maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir və bu məsələdə mətbuatın geniş imkanları var. Qadağan edilmiş maddə və üsullarla bağlı istər peşəkar, istərsə də həvəskar idmançılar daim maarifləndirilməlidir. Bu, ilk növbədə onların sağlamlığı üçün vacibdir".

Tədbirdə həmçinin vurğulanıb ki, AMADA antidopinq sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üçün media nümayəndələri ilə birgə layihələr reallaşdırmaq niyyətindədir.

Daha sonra mətbuat nümayəndələri də fikirlərini bölüşərək antidopinq nəzarətinin həyata keçirilməsində  maarifləndirmənin aparılması baxımından öz dəstəklərini ifadə ediblər. Sonda isə  AMADA-nın direktoru Ş.Hüseynli jurnalistlərin suallarını cavablandırıb.

View this post on Instagram

#amada #millimətbuat145 #antidoping #stayclean 🇦🇿 Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) media nümayəndələri üçün “virtual kafe” formatında videokonfrans keçirib. Konfransda AMADA və kütləvi informasiya vasitələrini (KİV) birləşdirən prinsiplər və Antidopinq nəzarətinin həyata keçirilməsində KİV-in rolu mövzularında müzakirələr aparılıb. --- 🇬🇧 On National Press Day AMADA organized a "virtual cafe" for mass media representatives. During the video conference participants discussed the principles that unite AMADA and mass media, also the role that media plays in increasing awareness for anti-doping issues.

A post shared by AMADA (@amada_aze) on

Son xəbərlər

Orphus sistemi