Sərbəst güləş millimiz Dağıstanda

Sərbəst güləş millimiz Dağıstanda Sərbəst güləş üzrə Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışı üçün Dağıstana yollanıb.
Fərdi
4 Mart , 2020 17:54
Sərbəst güləş millimiz Dağıstanda

Sərbəst güləş üzrə Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışı üçün Dağıstana yollanıb.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, martın 5-də millinin Mahaçqalada hazırlıq prosesi başlanacaq. 

Martın 14-dək davam edəcək təlim-məşq toplanışında sərbəst güləş üzrə vitse-prezident Firdovsi Umudov, baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov, Georgi Edişeraşvili (hər ikisi 57 kq), Hacı Əliyev, Əli Rəhimzadə, Turan Bayramov (hamısı 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Abubakr Abakarov, Osman Nurməhəmmədov (hər ikisi 86 kq), Aslanbek Alborov (92 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 97 kq) və Camaləddin Məhəmmədov (125 kq) iştirak edəcək.

Yerli komanda ilə birgə baş tutacaq hazırlıq prosesində əsasən taktiki-texniki çalışmalara üstünlük veriləcək. Toplanış 19 - 22 martda Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, sərbəst güləşçilər yarışın ilk iki günündə mübarizə aparacaq. Şərif Şərifov ötən il dünya çempionatında 97 kq-da Olimpiadaya lisenziya əldə etdiyi üçün yığma üzvləri Budapeştdə 57 kq, 65 kq, 74 kq, 86 kq və 125 kq-da Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq.

Son xəbərlər

Orphus sistemi