Mik Şumaxer: "Azərbaycan Qran-prisini səbrsizliklə gözləyirəm"

Mik Şumaxer: "Azərbaycan Qran-prisini səbrsizliklə gözləyirəm" "Bakıdakı tras Monakodakından fərqlidir. Oradakı yarışı səbrsizliklə gözləyirəm"
Fərdi
2 İyun , 2021 11:44
Mik Şumaxer: Azərbaycan Qran-prisini səbrsizliklə gözləyirəm
Mik Şumaxer

"Bakıdakı tras Monakodakından fərqlidir. Azərbaycandakı yarışı səbrsizliklə gözləyirəm".

"Report"un məlumatına görə, bu fikirləri "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Mik Şumaxer Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

22 yaşlı sürücü Bakıdakı trasın möhtəşəm olduğunu bildirib: "2019-cu ildə burada "Formula 2"də yarışdım, möhtəşəm idi. Mübarizəyə yaxşı start vermək önəmlidir. Rəqiblərdən geri qalmamaq üçün sıralama turlarında yaxşı nəticə göstərməlisiniz".

Mik Şumaxer Bakıda ilk dəfə "Formula 1" bolidi ilə yarışacağını sözlərinə əlavə edib: "Bu bolidlər "Formula 2"dəki maşınlardan daha sürətlidir. Əvvəl bu trasda yaxşı çıxış etmişəm və podiuma çıxmaq şansım var idi. Sıralamada səhvə yol verdim və kənarda qaldım. Bazar günü isə həlledici mərhələdə 5-ci yerlə kifayətləndim".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi