Yuxarı
    Bağlamaq

    Mətbuat konfransına qatılmayan dünya çempionu cərimələnib

    O, mükafatın 10 faizini cərimə ödəyəcək

    Bakı. 22 noyabr. REPORT.AZ/ Norveç şahmatçısı Maqnus Karlsen rusiyalı Sergey Karyakinlə dünya şahmat tacı uğrunda keçirilən görüşün VIII partiyasından sonra mətbuat konfransında iştirak etmədiyi üçün cərimələnib. "Report"un məlumatına görə, hazırkı dünya çempionu mükafatının 10 faizindən məhrum olub.

    Qara fiqurlarla oynayan Karyakin ötən partiyada norveçli zəka sahibinə 4.5:3.5 hesabı ilə qalib gəlib. Bundan sonra Karlsen jurnalistlər önünə çıxmayıb.

    IX partiya noyabrın 23-də olacaq. Görüş ümumilikdə 12 partiyadan ibarətdir. Qalib 12 partiyaya və ya daha erkən müəyyənləşərsə, mükafat fondu olan 1 milyon dolların 60%-i yeni çempionun, 40%-i isə məğlub idmançının payına düşəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi