Məşqçi: "COVID-19 pasportu olmayanlar zala girməyə çalışır" - VİDEO

Məşqçi: "COVID-19 pasportu olmayanlar zala girməyə çalışır" - VİDEO “Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qaydalarına əsasən zəruri tədbirlər görmüşük. Həmin çərçivədə idman zalında gigiyenik nizamnamə tərtib olunub".
Fərdi
11 İyun , 2021 19:54
Məşqçi: COVID-19 pasportu olmayanlar zala girməyə çalışır - VİDEO

“Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qaydalarına əsasən zəruri tədbirlər görmüşük. Həmin çərçivədə idman zalında gigiyenik nizamnamə tərtib olunub".

Bu fikirləri “Report”a açıqlamasında Beynəlxalq Natural Bodibildinq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri, məşqçi Elnur Şıxəliyev bildirib.

Elnur Şıxəliyev
Elnur Şıxəliyev

Onun sözlərinə görə, zalda xüsusi dispenserlər quraşdırılıb: “Bu dispenserlərin içərisindəki məhlullarla idmançılarımız tez-tez əllərini dezinfeksiya edirlər. Bundan əlavə, zalımızda müxtəlif antiseptik kağızlardan istifadə olunur. İdmançı hansısa bir avadanlıq üzərində məşqlərini bitirdikdən sonra idman alətləri təmizlənir”.

E.Şıxəliyev deyib ki, zalların fəaliyyətinin bərpa olunmasından sonra vətəndaşlar tərəfindən müraciətlərin sayında artım müşahidə olunub: “Zalda məşq etmək istəyən hər kəsdən birmənalı olaraq COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb olunur. Təbii ki, etiraz edənlər də var. Eyni zamanda zalda məşq edənlərin sayını maksimum azaltmışıq və sosial məsafəyə xüsusi diqqət yetiririk”.

Qeyd edək ki, iyunun 10-u saat 00:00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilib.

Son xəbərlər

Orphus sistemi