Məşhur tennisçi uşağı xilas edib - VİDEO

Məşhur tennisçi uşağı xilas edib - VİDEO İspaniyalı tennisçi Rafael Nadal ABŞ-ın Açıq Çempionatında (US Open) avtoqraf sessiyası zamanı basırığa düşən uşağı xilas edib.
Fərdi
31 Avqust , 2019 17:09
Məşhur tennisçi uşağı xilas edib - VİDEO

İspaniyalı tennisçi Rafael Nadal ABŞ-ın Açıq Çempionatında (US Open) avtoqraf sessiyası zamanı basırığa düşən uşağı xilas edib. 

"Report"un məlumatına görə, Nadal avtoqraf payladığı vaxt azarkeş toplusunda sıxılıb qalmaqdan ağlayan uşağı görüb. O, azyaşlını qaldıraraq öz yanında saxlayıb. Uşağı sakitləşdirən tennisçi onun beysbol papağına imza atıb. 

Qeyd edək ki, Rafael Nadal US Open-in üçüncü mərhələsinə avstraliyalı rəqibi Tanasi Kokkinakisin zədə üzündən mübarizəni davam etdirə bilməməsi üzündən yüksəlib. Növbəti mərhələdə Nadal cənubi koreyalı Çhun Henlə qarşılaşacaq. 

Orphus sistemi