Məşhur tennisçi gürcü rəqibinə məğlub oldu

Məşhur tennisçi gürcü rəqibinə məğlub oldu Qətərin paytaxtı Dohada keçirilən ATP-250 turnirində sensasiya baş verib.
Fərdi
11 Mart , 2021 23:36
Məşhur tennisçi gürcü rəqibinə məğlub oldu

Qətərin paytaxtı Dohada keçirilən ATP-250 turnirində sensasiya baş verib.

"Report"un məlumatına görə, isveçrəli tennisçi Roje Federer 1/4 finalda Gürcüstan təmsilçisi Nikoloz Basilaşviliyə uduzub . 1 saat 52 dəqiqə davam etmiş qarşılaşmanın yekununda Basilaşvili 3 setdə qələbə qazanıb = 3:6, 6:1, 7:5. Qonşu ölkə tennisçi yarımfinalda ABŞ-dan olan Teylor Fritsə üz-üzə gələcək.

Qeyd edək ki, Roje Federer Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) hazırkı reytinqində 6-cı yerdə gedir. ATP-250 39 yaşlı idmançı üçün bir ildən çox davam etmiş fasilədən sonra ilk yarış olub. Federer sonuncu dəfə 2020-ci il Australian Open turnirində çıxış edib. Nikoloz Basilaşvili isə ATP reytinqində 42-ci yerdə gedir.

Son xəbərlər

Orphus sistemi