Yuxarı

Məşhur şahmatçı Viktor Korçnoy vəfat edib

Sovet şahmatçısı 85 yaşında dünyasını dəyişib

Bakı. 6 iyun. REPORT.AZ/ Əfsanəvi sovet şahmatçısı Viktor Korçnoy vəfat edib. "Report"un Rusiya Şahmat Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, V.Korçnoy 85 yaşında dünyasını dəyişib.

Qrossmeysterin debütü 1952-ci il SSRİ çempionatında olub. Həmin vaxt şahmatçı 6-cı yeri tutub. Növbəti çempionatda o, 2-3-cü yerləri bölüşdürüb, 1960-cı ildə isə SSRİ çempionu olub. V.Korçnoy, həmçinin 1962, 1966 və 1970-ci il dünya çempionatlarını qızıl medalla başa vurub. V.Korçnoy bir neçə dəfə dünya çempionluğuna da iddiaçı olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi