Yuxarı

Məşhur rusiyalı güləşçinin evi yanıb

Aleksandr Karelinin bağ evindəki yanğın sosial şəbəkədə yerləşdirilib

Bakı. 3 fevral. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə 3 qat olimpiya çempionu, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Karelinin bağ evində yanğın baş verib. "Report"un "Komsomolskaya Pravda"ya istinadən verdiyi məlumata görə, yanğını Altay Respublikasının Çemal rayonunun Elekmonar kəndi sakinlərindən biri sosial şəbəkədə yerləşdirib. 

Şahidlər bildirir ki, yanğın yeməkxanada baş verib. Karelin bu evdə ildə bir neçə dəfə olur. Altay polisi hələlik hadisəyə şərh verməyib. 

Qeyd edək ki, Aleksandr Karelin olimpiya çempionluqlarından əlavə, 9 dəfə dünyanın, 12 dəfə Avropanın ən güclüsü, 2 dəfə Rusiyanın ən yaxşı idmançısı olub. Karelin idmançı karyerası ərzində 887 görüşə çıxıb və cəmi 2 dəfə uduzub. Məşhur güləşçi 1997-ci ildə Rusiya Federasiyası Qəhrəmanı fəxri adına layiq görülüb. 



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi