Məşhur cüdoçu: "Bakıda çox maraqlı dünya çempionatı olacaq"

Məşhur cüdoçu: "Bakıda çox maraqlı dünya çempionatı olacaq" Rüstəm Orucov: "Azərbaycan millisi hazırda çox yaxşı formadadır"
Fərdi
19 Sentyabr , 2018 15:32
Məşhur cüdoçu: Bakıda çox maraqlı dünya çempionatı olacaq
Report/ Firi Salim

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı ilə əlaqədar mətbuat konfransı təşkil olunub. 

“Report” xəbər verir ki, “Hilton Hotel”də baş tutan tədbirdə fransalı ikiqat olimpiya, onqat dünya və beşqat Avropa çempionu Teddi Riner, avstriyalı Avropa çempionu Sabrina Filtsmozer, eləcə də azərbaycanlı Avropa çempionu Rüstəm Orucov iştirak ediblər.

R.Orucov deyib ki, Azərbaycan millisi hazırda çox yaxşı formadadır. O, yarışın Bakıda keçirilməsinin yerli idmançılar üçün stimul olduğunu vurğulayıb. 

T.Riner yarışda iştirak etməsə də, rəqiblərini izləyəcəyini açıqlayıb: “İki dünya çempionatında iştirak etməməyə qərar verdim. Amma bütün rəqiblərimin görüşlərini izləyəcəyəm. Çox maraqlı yarış olacaq. Həmçinin Beynəlxalq Cüdo Federasiyasının komissiyasında yer almışam. Bu baxımdan, işlərim olacaq”. 

S.Filtsmozer dünya çempionatını xüsusi yarış adlandırıb: “Bir neçə dəfə yarışdığım Bakıda olmaq xoşdur. Dünya çempionatı hər bir idmançı üçün xüsusi hadisədir. Bütün iştirakçılara uğurlar arzulayıram”. 

Qeyd edək ki, dünya çempionatı 20 - 27 sentyabrda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi