Məşhur boksçu Evander Holifildin oğlu həbs olunub

Məşhur boksçu Evander Holifildin oğlu həbs olunub O, narkotik maddələrin istifadəsi ilə əlaqədar predmetlər saxlayıb
Fərdi
2 May , 2017 00:06
Məşhur boksçu Evander Holifildin oğlu həbs olunub
Courtesy İmage

Bakı. 2 may. REPORT.AZ/ Boks üzrə superağır çəkidə keçmiş dünya çempionu Evander Holifildin oğlu Elayya Holifild narkotik maddə saxlama ittihamı ilə həbs olunub.

"Report"un məlumatına görə, ABŞ-ın Corciya ştatı universitetinin polisi onu mayın 1-də saxlayıb. Oğul Holifildin marixuana və narkotik maddələrin istifadəsi ilə əlaqədar predmetlər saxladığı bildirilir. Tezliklə o, girov müqabilində azadlığa buraxılıb.

Qeyd edək ki, Elayya Holifild Amerikan futbolu üzrə universitet komandasında çıxış edir. Ştatın qaydalarına əsasən, o, ilk qayda pozuntusu səbəbindən 1 oyunluq diskvalifikasiyaya məruz qalacaq.   

Son xəbərlər

Orphus sistemi