Yuxarı

"Mercedes"in pilotu "Formula-1"in Belçika Qran-prisinin qalibi olub

Alman Niko Rosberq çempionatın 13-cü mərhələsində finişə birinci çatıb

Bakı. 28 avqust. REPORT.AZ/ "Mercedes"in alman pilotu Niko Rosberq "Formula-1"in 13-cü mərhələsinin - Belçika Qran-prisinin qalibi olub.

"Report" xəbər verir ki, bazar yürüşündə ikinci yeri "Red Bull" komandasından olan avstraliyalı Deniel Rikkyardo, üçüncü yeri isə Rosberqin britaniyalı komanda yoldaşı Lyus Hemilton tutub.

Yarışın yekunu üzrə ilk onluq bu şəkildədir:

1. Rosberq (1 saat 44 dəqiqə 51,058 saniyə),

2. Rikkyardo (+14,113),

3. Hemilton (+27,634),

4. Niko Hyulkenberq (Almaniya, "Fors Hindistan", +35,907),

5. Serxio Peres (Meksika, "Fors Hindistan", +40,660),

6. Sebastyan Fettel (Almaniya, "Ferrari", +45,934),

7. Fernando Alonso (İspaniya, "Maklaren", +59,445),

8. Valteri Bottas (Finlandiya, "Uilyams", +1 dəqiqə 0,151 saniyə),

9. Kimi Raykkonen (Finlandiya, "Ferrari", +1.01,109),

10. Felipe Massa (Braziliya, "Uilyams", +1.05,873)…

14. Daniil Kvyat (Rusiya, "Toro Rosso", +1.27,097).

"Formula-1" çempionatının növbəti mərhələsi olan İtaliya Qran-prisi 2-4 sentyabr tarixlərində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi