"Mercedes"in pilotu Bottas "Formula-1"in Braziliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

"Mercedes"in pilotu Bottas "Formula-1"in Braziliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub Finlandiyalı pilot təsnifatın üçüncü seqmentində ən yaxşı dairəsini 1:08.322 dəqiqəyə başa vurub
Fərdi
12 Noyabr , 2017 04:48
Mercedesin pilotu Bottas Formula-1in Braziliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Bakı. 12 noyabr. REPORT.AZ/ Almaniyanın "Mercedes" komandasının pilotu Valtteri Bottas "Formula-1"in Braziliya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub.

“Report” xəbər verir ki, finlandiyalı pilot təsnifatın üçüncü seqmentində ən yaxşı dairəsini 1:08.322 dəqiqəyə başa vurub və "Ferrari"nin nümayəndəsi Sebastyan Fetteli 0,038 saniyə qabaqlayıb.

"Formula-1" sinfində vaxtından əvvəl 2017-ci il mövsümünün çempionu titulu qazanmış britaniyalı Lüis Hemilton təsnifatın birinci seqmentində qəzaya düşüb və heç bir sürətli dövrəni keçə bilməyib.

Son xəbərlər

Orphus sistemi