Komandası 7 qat dünya çempionu ilə yeni müqavilə imzalayır

Komandası 7 qat dünya çempionu ilə yeni müqavilə imzalayır "Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası pilotu Lüis Hemiltonla yeni müqavilənin imzalanacağına dair paylaşım edib.
Fərdi
18 Dekabr , 2020 13:43
Komandası 7 qat dünya çempionu ilə yeni müqavilə imzalayır
Lüis Hemilton

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Mercedes" komandası pilotu Lüis Hemiltonla yeni müqavilə imzalayacaq.

"Report" komandanın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, bununla bağlı paylaşımda britaniyalı sürücünün sözlərinə yer verilib.

Hemilton növbəti ildə də "Mercedes"də olmağı planlaşdırdığını söyləyib: "İnanıram ki, komanda ilə "Formula 1"də, həm də digər məsələlərdə daha çox şey etməliyik".

Qeyd edək ki, "Mercedes" Lüis Hemiltonla yeni müqavilə imzalamasa da, 2021 mövsümü üçün pilotların ilkin siyahısına onun da adını daxil edib. Pilot 2020 mövsümünün qalibi olub və 7-ci dünya çempionluğunu əldə edib.

Son xəbərlər

Orphus sistemi