Məmmədyarov Norveç superturnirində növbəti heç-heçəsini edib

Məmmədyarov Norveç superturnirində növbəti heç-heçəsini edib O bu dəfə rusiyalı Sergey Karyakinlə xalları yarı bölüb
Fərdi
30 May , 2018 23:11
Məmmədyarov Norveç superturnirində növbəti heç-heçəsini edib

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Norveçin Stavanqer şəhərində keçirilən superturnirin III turunda rusiyalı Sergey Karyakin ilə heç-heçə edib.

“Report” xəbər verir ki, azərbaycanlı şahmatçı bu heç-heçədən sonra xallarının sayını 1,5-ə çatdırıb və eyni xala malik Nakamura, Karyakin, Din Lijen, Anand, So və Vaşye-Laqrav ilə 2-8-ci yerləri bölüşür.

Turun digər qarşılaşmalarına gəldikdə isə, dünya şahmat tacının hazırkı sahibi norveçli Maqnus Karlsen erməni Levon Aronyanı məğlub edib. Hindistanlı Vişvanatan Anand və çinli Din Lijen, amerikalı Uesli So və həmyerlisi Hikaru Nakamura, fransalı Maksim Vaşye-Laqrav və amerikalı Fabiano Karuana turu heç-heçə ilə başa vurub.

Hazırda Karlsen hesabında 2,5 xal ilə liderliyini davam etdirir. Hərəyə 1 xalı olan Aronyan və Karuana sonuncu yerləri bölüşürlər.

Son xəbərlər

Orphus sistemi