Məmmədyarov Norveç superturnirində Karuana ilə heç-heçə edib

Məmmədyarov Norveç superturnirində Karuana ilə heç-heçə edib Bakı. 30 may. REPORT.AZ/ Mayın 29-da Norveçdə Altibox Norway Chess şahmat superturnirinin II turu oynanılıb.
Fərdi
30 May , 2018 04:59
Məmmədyarov Norveç superturnirində Karuana ilə heç-heçə edib

Bakı. 30 may. REPORT.AZ/ Mayın 29-da Norveçdə "Altibox Norway Chess" şahmat superturnirinin II turu oynanılıb.

“Report” xəbər verir ki, Azərbaycanın turnirdə yeganə təmsilçisi Şəhriyar Məmmədyarov bu turda amerikalı qrossmeyster Fabiano Karuana ilə qarşılaşıb və tərəflər sülh bağlayıb.

İki turdan sonra turnirə 1,5 xal ilə norveçli Maqnus Karlsen başçılıq edir. Karuana 0,5 xalla sonuncu yerdədir.

Məmmədyarov da daxil olmaqla qalan bütün şahmatçılar hərəyə 1 xal toplayıblar və müvafiq olaraq 2-9-cu yerləri bölüşürlər.

Azərbaycan şahmatçısı növbəti turda rusiyalı Sergey Karyakinlə qarşılaşacaq.

Superturnirin mükafat fondu 250 min avrodur. Qalib 75 min, ikinci yer 40 min, üçüncü yer isə 25 min avro qazanacaq.

Son xəbərlər

Orphus sistemi