Məmmədyarov Bildəki turnirdə Karlseni məğlub edərək, vaxtından əvvəl çempion olub

Məmmədyarov Bildəki turnirdə Karlseni məğlub edərək, vaxtından əvvəl çempion olub Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən ənənəvi beynəlxalq superturnirin qalibi adını qazanıb.
Fərdi
31 İyul , 2018 23:04
Məmmədyarov Bildəki turnirdə Karlseni məğlub edərək, vaxtından əvvəl çempion olub

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən ənənəvi beynəlxalq superturnirin qalibi adını qazanıb.

"Report" xəbər verir ki, 33 yaşlı qrossmeyster buna norveçli Dünya çempionu Maqnus Karlseni üzərində qələbə sayəsində nail olub. Xallarını 7-yə yüksəldən Məmmədyarov sona bir tur qalmış ən yaxın izləyicisini 2 xal geridə qoyub.

Turnir cədvəli belədir: Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5) .

Yarışın son turu avqustun 1-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi