MDB Oyunları: Yunan-Roma güləşçiləri və qadın boksçular mübarizəyə qoşulur

MDB Oyunları: Yunan-Roma güləşçiləri və qadın boksçular mübarizəyə qoşulur Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında bu gün Azərbaycanın yunan-Roma güləşçiləri və qadın boksçular mübarizəyə qoşulacaqlar.
Fərdi
3 Sentyabr , 2021 09:09
MDB Oyunları: Yunan-Roma güləşçiləri və qadın boksçular mübarizəyə qoşulur

Rusiyanın Kazan şəhərindəki I MDB Oyunlarında bu gün Azərbaycanın yunan-Roma güləşçiləri və qadın boksçular mübarizəyə qoşulacaqlar.

"Report"un məlumatına görə, pəhləvanlar 8 çəki dərəcəsində 1/4 final mərhələsindən çıxış etməyə başlayacaqlar. Onların arasında bayraqdar Həsrət Cəfərov da olacaq. 67 kq çəkidə yer alan Cəfərov bir müddət öncə Rusiyanın Ufa şəhərində keçirilmiş dünya çempionatının finalında Ermənistan təmsilçisinə qalib gələrək, qızıl medal qazanıb.

Yunan-Roma güləşçiləri cəmi bir gün mübarizə aparacaqlar. Ona görə də ilk medalların elə bu gün qazanılacağı ehtimalı böyükdür.

Xanım əlcək ustaları isə mübarizəyə yarımfinaldan qoşulacaqlar. Onlar çəki dərələrindən 3-də çıxış edəcəklər.

I MDB Oyunları

3 sentyabr

Boks

Keçirilmə yeri: "Boks və Stolüstü Tennis Mərkəzi"

Yarımfinal
13:00 - 21:00
48 kq İsmayılova Aysu – Adisheva Anita (Qazaxıstan)
57 kq İsgəndər Qızbəs – Muratbaeva Rano (Özbəkistan)
63 kq Rzayeva Emili – Galnykina Kristina (Rusiya)

Yunan-Roma güləşi

Keçirilmə yeri: "Ak Bars" Döyüş növləri Mərkəzi

11:30 - 15:00
1/4 final

55 kq. Quluzadə Nihat
60 kq. Məmmədli Nihat
63 kq. Musayev Ümidəli
67 kq. Cəfərov Həsrət
72 kq. Qurbanov Qurban
77 kq. Məmmədov Elcan
87 kq. Vəliyev Laçın
130 kq. Məmmədov Sərxan

11:30-15:00. 1/2 final

16:00 - 19:30. Bürünc medal və final görüşləri.

Son xəbərlər

Orphus sistemi