MDB Oyunları: Azərbaycan daha iki bürünc medal qazanıb

MDB Oyunları: Azərbaycan daha iki bürünc medal qazanıb Stolüstü tennis üzrə Azərbaycan milli komandaları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında növbəti oyunlarına çıxıb.
Fərdi
8 Sentyabr , 2021 13:22
MDB Oyunları: Azərbaycan daha iki bürünc medal qazanıb

Azərbaycan Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında daha iki bürünc medal qazanıb.

"Report"un məlumatına görə, oğlanlar və qızlardan ibarət stolüstü tennis üzrə milli komandalar yarışda üçüncü yeri tutub.

Oğlanlardan ibarət yığmanın tərkibində Adil Əhmədzadə, Emin Məmmədov, Vəzir Allahverdiyev və İbrahim Məhəmməd Ansari yer alıb.

Qadınlarda isə Ləman Abdulhəmidova, Aylin Əsgərova, Nəzakət Qarayeva və Mərziyyə Nurmətova MDB Oyunlarında mübarizə aparıb.

12:52

Stolüstü tennis üzrə Azərbaycan milli komandaları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında növbəti oyunlarına çıxıb.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, oğlanlardan ibarət yığma yarımfinalda Belarusa 0:3 hesabı ilə məğlub olub.

Qızlardan ibarət kollektiv isə eyni raundda Rusiyaya uduzaraq finala yüksələ bilməyib - 0:3.

Son xəbərlər

Orphus sistemi