MDB Oyunları: Azərbaycanın ilk təmsilçiləri mübarizəyə başlayacaq

MDB Oyunları: Azərbaycanın ilk təmsilçiləri mübarizəyə başlayacaq Bu gün Azərbaycanın ilk təmsilçiləri Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında mübarizəyə start verəcək.
Fərdi
2 Sentyabr , 2021 09:48
MDB Oyunları: Azərbaycanın ilk təmsilçiləri mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın ilk təmsilçiləri Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, ilk olaraq kişi boksçular qüvvəsini sınayacaq.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. 46 kq çəki dərəcəsində yarışan Ramal Yolçuyev Temirxan Daniarovla (Qırğızıstan) üz-üzə gələcək. Tağı Nəsibov (48 kq) Vadim Veçerski (Belarus) ilə, İbrahim Zeynalov (50 kq) Muinxon Mavlonovla (Tacikistan), Məhəmmədəli Qasımzadə (54 kq) Farrux Tulaqanovla (Özbəkistan), Ziya Həsənov (66 kq) isə Vladislav Kuznetsov (Belarus) ilə döyüşəcək.

Qeyd edək ki, I MDB Oyunlarının açılış mərasimi sentyabrın 4-də olacaq. Yarışa sentyabrın 11-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi