MDB Oyunları: Azərbaycanın 3 samboçusu erməni rəqiblərini məğlub edib

MDB Oyunları: Azərbaycanın 3 samboçusu erməni rəqiblərini məğlub edib Azərbaycanın üç samboçusu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Ermənistan təmsilçisini məğlub edib.
Fərdi
174
7 Sentyabr , 2021 13:08
MDB Oyunları: Azərbaycanın 3 samboçusu erməni rəqiblərini məğlub edib

Azərbaycanın üç samboçusu Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Ermənistan təmsilçisini məğlub edib.

"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan Nicat Məmmədli 1/4 finalda Vadim Petruçiki (Belarus) daha sonra David Ovsepyanı (Ermənistan) məğlubiyyətə uğradıb.

98 kq-da yarışan Rəsul Aydəmirov ardıcıl olaraq Alımbek Adil Uuludan (Qırğızıstan) və Norik Xurşudyandan (Ermənistan) güclü olub.

Elvin Bağırov (64 kq) isə yarımfinalda Aram Ağacanyana (Ermənistan) qalib gəlib.

Beləliklə, Məmmədli, Aydəmirov və Bağırov finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib.

Son xəbərlər

Orphus sistemi