MDB Oyunları: Azərbaycanın 4 badmintonçusu 1/4 finala yüksəlib

MDB Oyunları: Azərbaycanın 4 badmintonçusu 1/4 finala yüksəlib Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında oğlan və qızlar arasında şəxsi yarışlarda qrup mərhələsinə yekun vurulub.
Fərdi
9 Sentyabr , 2021 17:56
MDB Oyunları: Azərbaycanın 4 badmintonçusu 1/4 finala yüksəlib

Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında oğlan və qızlar arasında şəxsi yarışlarda qrup mərhələsinə yekun vurulub.

"Report"un Tatarıstan paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, oğlanların şəxsi yarışında Aqil Qəbilov, Diki Pangestu və Məhəmməd Xadafi qrup mərhələsini adlayaraq 1/4 finala vəsiqə qazanıb. Qızların mübarizəsində Era Maftuha ən güclü 8 badmintonçu sırasına yüksəlməyə müvəffəq olub.

Nigar Əliyeva və Həcər Nuriyeva isə qrup mərhələsində mübarizəni dayandırıb.

1/4 final mərhələsinin görüşləri sabah baş tutacaq. Aqil Qəbilov yarımfinala yüksəlmək uğrunda Rusiya badmintonçusu Əmir Hamidullinlə qarşılaşacaq. Bu mərhələdə Diki Pangestunun rəqibi özbəkistanlı badmintonçu Biloliddin Koçkarboev olacaq.

Məhəmməd Xadifi ən güclü 4-lüyə vəsiqə qazanmaq üçün Qazaxıstan təmsilçisi Dmitriy Panarinin müqavimətini qırmağa çalışacaq. Era Maftuha isə qızların şəxsi yarışında 1/4-də özbək Sevinc Sodikova ilə görüşəcək.

Mərhələnin oyunları sabah Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Sabah həmçinin qarışıq-qoşa, oğlan və qızların qoşa yarışlarında pley-offa vəsiqə qazanan badmintonçular müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi