MDB Oyunları: Azərbaycan güləşçiləri 3-cü qızıl medalı qazanıb

MDB Oyunları: Azərbaycan güləşçiləri 3-cü qızıl medalı qazanıb Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.
Fərdi
3 Sentyabr , 2021 20:13
MDB Oyunları: Azərbaycan güləşçiləri 3-cü qızıl medalı qazanıb
Həsrət Cəfərov
0 : 00
0 : 00

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 130 kq-da mübarizə aparan idmançı Belarus təmsilçisi Nikita Kovalski ilə qarşılaşıb.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Məmmədov Azərbaycana 3-cü qızıl medalı qazandırıb.

19:36

Azərbaycanın yunan-Roma güləşçisi Laçın Vəliyev Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsindəki idmançı Özbəkistan təmsilçisi Şəhriyar Juraboyevlə qarşılaşıb.

Rəqibini 3:1 hesabı ilə məğlub edən Vəliyev yarışda 3-cü yeri tutub.

77 kq-da çıxış edən Elcan Məmmədov isə bürünc medal görüşündə qazaxıstanlı Rəsul Junisə uduzub - 0:9.

19:06

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 72 kq-da yarışan idmançı finalda rusiyalı Dmitri Adamova 0:8 hesabı ilə uduzub.

18:39

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 67 kq-da mübarizə aparan Həsrət Cəfərov qızıl medal uğrunda qazaxıstanlı Qoşqar Məhəmməd ilə üz-üzə gəlib.

7:5 hesablı qələbə qazanan yığmanın bayraqdarı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

17:26

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Nurməhəmməd Abdullayevlə (Qırğızıstan) üz-üzə gəlib.

Rəqibinə 7:1 hesabı ilə qalib gələn Məmmədli bürünc medal qazanıb.

17:12

Azərbaycanın yunan-Roma güləşçisi Nihad Quluzadə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı Qurban Konaliyevlə (Rusiya) üz-üzə gəlib. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Quluzadə qızıl medal qazanıb.

Bu, Azərbaycan komandasının I MDB Oyunlarında ilk medalı olub.

Son xəbərlər

Orphus sistemi