“McLaren”in pilotu AVRO-2020-nin finalından sonra soyuldu

“McLaren”in pilotu AVRO-2020-nin finalından sonra soyuldu “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Maklaren” komandasının pilotu Lando Norris AVRO-2020-nin final oyunundan sonra soyulub.
Fərdi
13 İyul , 2021 08:34
“McLaren”in pilotu AVRO-2020-nin finalından sonra soyuldu

“Formula 1” üzrə dünya çempionatında çıxış edən “Maklaren” komandasının pilotu Lando Norris AVRO-2020-nin final oyunundan sonra soyulub.

“Report” xəbər verir ki, bu barədə “Maklaren” məlumat yayıb.

Qeyd olunub ki, oyundan sonra Norrisin saatı naməlum şəxslər tərəfindən oğurlanıb, lakin o xəsarət almayıb.

“The Sun” qəzetinin yazdığına görə, İtaliya - İngiltərə final oyunundan sonra “Uembli” stadionunun dayanacağında iki şəxs Lando Norrisin qarşısını kəsərək 40 min funt sterlinq dəyərində saatını alıb.

Son xəbərlər

Orphus sistemi