"Formula 1": "McLaren" Avstraliya Qran-prisindən imtina etdi

"Formula 1": "McLaren" Avstraliya Qran-prisindən imtina etdi Böyük Britaniyanın McLaren komandası Formula 1 üzrə Avstraliya Qran-prisindən imtina edib.
Fərdi
12 Mart , 2020 15:46
Formula 1: McLaren Avstraliya Qran-prisindən imtina etdi

Böyük Britaniyanın "McLaren" komandası "Formula 1" üzrə Avstraliya Qran-prisindən imtina edib.

"Report" "Telegraph" nəşrinə istinadən xəbər verir ki, buna komandanın əməkdaşlarından birində koronavirus infeksiyasının aşkarlanması səbəb olub.

Artıq "McLaren" özü də rəsmi açıqlama verərək məlumatı təsdiqləyib və həmin şəxsin karantinə alındığını bildirib. Bu qərarın "Formula 1"in digər iştirakçılarının və azarkeşlərin təhlükəsizliyi, həmçinin sponsorların maraqları nəzərə alınaraq qəbul olunduğu vurğulanıb.

Daha əvvəl isə ABŞ-ın "Haas" komandasının iki əməkdaşının koronavirus testi müsbət nəticə verib.

Qeyd edək ki, Avstraliya Qran-prisi 13 - 15 martda keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi