Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu “Masters” turnirində gümüş medal qazanıb.
“Report” xəbər verir ki, sonuncu yarış günündə 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı finalda hollandiyalı Tesso Savelkoulsa uduzub.
Qeyd edək ki, Azərbaycan millisi yarışa 11 cüdoçu ilə qatılıb. Kindzerskadan öncə yalnız Rüstəm Orucov (73 kq) bürünc medal əldə edib.
12:17***
Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu “Masters” turnirində finala vəsiqə qazanıb.
“Report” xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı yarımfinalda Hayun Kimə (Cənubi Koreya) qalib gəlib.
Onun həlledici görüşdə rəqibi Tesso Savelkouls (Hollandiya) olacaq.
11:12***
Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu "Masters" turnirində yarımfinala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı 1/4 finalda Beatriz Souzaya (Braziliya) qalib gəlib.
O, finala vəsiqə uğrunda Hayun Kimlə (Cənubi Koreya) qarşılaşacaq.
10:29***
Azərbaycan cüdoçusu İrina Kindzerska Çinin Tsindao şəhərində keçirilən nüfuzlu "Masters" turnirində 1/4 finala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən ukraynalı idmançı Anna-Fatumat Mbairo (Fransa) və Yanan Jianqa (Çin) qalib gələrək 1/4 finala adlayıb.
Sonuncu - üçüncü yarış günündə mübarizə aparan digər 4 yığma üzvü isə medal şansını itirib. Onlardan 3-ü 1/16 finalda uzudub. Məmmədəli Mehdiyev (90 kq) Aleksandr Kukola (Serbiya), Elmar Qasımov (Peter Palçikə (İsrail), Zelim Kotsoyev (100 kq) isə Arman Adamyana (Rusiya) məğlub olub.
Uşanqi Kokauri (+100) Ruslan Şahbazova (Rusiya) qalib gəlsə də, 1/8 finalda David Mouraya (Braziliya) yenilib.
Qeyd edək ki, Azərbaycan millisi yarışa 11 cüdoçu ilə qatılıb. Hələlik yalnız Rüstəm Orucov (73 kq) bürünc medal qazana bilib.