Bakı. 3 noyabr. REPORT.AZ/ Masallıda cüdo üzrə “Cənub bölgəsi” yarışı keçirilib. Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Şimal-şərq bölgәsi üzrә 2000 -2005-ci illər tәvәllüdlü yeniyetmәlәr arasında təşkil olunan region birinciliyində 99 idmançı qüvvəsini sınayıb.
Çempionata Masallı, Səlyan, Biləsuvar, Lənkəran, Şirvan və İmişli şəhərlərinin təmsilçiləri qatılıblar. Qaliblərə federasiyanın diplom və medalları verirlib.
























