Maks Ferstappen "Formula 1" üzrə Abu Dabi Qran-prisində qalib gəldi

Maks Ferstappen "Formula 1" üzrə Abu Dabi Qran-prisində qalib gəldi "Red Bull" komandasının pilotu Maks Ferstappen "Formula 1" üzrə Abu Dabi Qran-prisinin qalibi olub.
Fərdi
14 Dekabr , 2020 01:49
Maks Ferstappen Formula 1 üzrə Abu Dabi Qran-prisində qalib gəldi
Maks Ferstappen

"Red Bull" komandasının pilotu Maks Ferstappen "Formula 1" üzrə Abu Dabi Qran-prisinin qalibi olub.

"Report"un məlumatına görə, hollandiyalı sürücü mövsümün sonuncu - 17-ci mərhələsində finişə birinci çatıb. "Mercedes"in finlandiyalı pilotu Valtteri Bottas ikinci, onun koronavirusdan sağalan komanda yoldaşı Lüis Hemilton üçüncü yeri tutub.

Beləliklə, dünya çempionatında Hemilton 347 xalla qalib adını qazanıb. Bottas 223 xalla ikinci, Ferstappen 214 xalla üçüncü olub. Konstruktorlar Kubokunu isə "Mercedes" 573 xalla qazanıb. "Red Bull" 319 xalla ikinci, "MakLaren" 202 xalla üçüncü yeri tutub.

Son xəbərlər

Orphus sistemi