Maks Ferstappen: "Bakıda daha rəqabətli yarışın şahidi olacağıq"

Maks Ferstappen: "Bakıda daha rəqabətli yarışın şahidi olacağıq" "İndi çox çalışmalıyıq. Çünki müntəzəm yollarda "Mercedes" məğlub edə biləcəyimiz rəqibdir. Bu, komandamız üçün əlavə stimul olmalıdır".
Fərdi
28 May , 2021 10:46
Maks Ferstappen: Bakıda daha rəqabətli yarışın şahidi olacağıq
Maks Ferstappen

"İndi çox çalışmalıyıq. Çünki müntəzəm yollarda "Mercedes" məğlub edə biləcəyimiz rəqibdir. Bu, komandamız üçün əlavə stimul olmalıdır".

"Report"un məlumatına görə, bu fikirləri Avstriyanın "Red Bull" komandasının pilotu Maks Ferstappen "Formula 1" üzrə Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

Niderlandlı pilot bildirib ki, izləyiciləri Bakıda daha rəqabətli yarış gözləyir: "Burada sürətli olmağın özünəinamlə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə fərqli küçə trasıdır. Onu Monako Qran-prisi ilə müqayisə etmək olmaz. Bakıda daha rəqabətli yarışın şahidi olacağıq".

Qeyd edək ki, Azərbaycan Qran-porisi 4 - 6 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi