Mahir Məmmədov qalib şahmatçıları mükafatlandırıb

Mahir Məmmədov qalib şahmatçıları mükafatlandırıb Şahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Fərdi
24 İyun , 2022 20:26
Mahir Məmmədov qalib şahmatçıları mükafatlandırıb

Şahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan çempionatına yekun vurulub.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 3 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat İdman Məktəbində təşkil edilən turnirdə ümumilikdə medallar uğrunda 314 nəfər (193 oğlan, 121 qız iştirakçı) mübarizə aparıb.

Turnirin bağlanış mərasimində AŞF-in prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Sonra o, federasiyanın 1-ci Vitse-prezidentii Faiq Həsənovla birlikdə qaliblərə diplom və medalları təqdim edib.

Yekun nəticəyə əsasən Mehriban Əhmədli, Səfa Hümmətov (8 yaşlılar), Əsnad Baxşızadə, Şəmsi Qaraxanov (10 yaşlılar), Xanım İsmayılova, Yunis Mahmudzadə (12 yaşlılar), Nərmin Abdinova, Tunar Davudov (14 yaşlılar), Nazlı Hümbətova, Şiroğlan Talıbov (16 yaşlılar), Səbinə Rzalı və Xəzər Babazadə (18 yaşlılar) müvafiq yaş kateqoriyasında Azərbaycan çempionatının qalibi adını qazanıb.

Müxtəlif yaş kateqoriyasında Nurgül Qənbərli, Nihad Vəlisoy, Leyla Mirzəliyeva, Mirnamiq Ağazadə, Lalə Hüseynova, Paşam Əlizadə, Nurtən Nuriyeva, Allahverdi Həmidov, Aydan Şükürova, Süleyman Süleymanlı, Mələk İsmayıl və Fərid Mustafayev ikinci yeri tutub.

Zəhra Xəlilzadə, Məhəmməd Kazımzadə, Fatimə Mirzəliyeva, Məmməd Məmmədzadə, Səadət Bəşirli, Yusif Kərimli, Leyla Rzalı, Rüstəm Rüstəmov, Nərmin Nəsibova, Aqil İsrailov, Səmra Qasımova və İsmayıl Qurbanlı yarışı üçüncü yerdə başa vurub.

Çempionatda hər kateqoriya üzrə ilk üç yeri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunub. Federasiya qaliblərə pul mükafatı verib. I yeri tutan şahmatçılar 2022-ci il müvafiq yaş qruplarında dünya çempionatına, II yeri tutan şahmatçılar isə Avropa çempionatında ölkəmizi təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi