Lukaşenko IOC-un qərarına etiraz edəcək

Lukaşenko IOC-un qərarına etiraz edəcək Belarus prezidenti Aleksandr Lukaşenko Beynəlxalq Olimpiya Komitəsinin (IOC) ona qarşı sanksiya tətbiq edilməsi barədə qərarına məhkəmədə etiraz edəcək.
Fərdi
9 Dekabr , 2020 03:03
Lukaşenko IOC-un qərarına etiraz edəcək
Aleksandr Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Beynəlxalq Olimpiya Komitəsinin (IOC) ona qarşı sanksiya tətbiq edilməsi barədə qərarına məhkəmədə etiraz edəcək.

"Report" "BelTA"ya istinadən xəbər verir ki, o, qurumun bayrağı altındakı tədbirlərində iştirak etməyi planlaşdırmadığını söyləyib.

Buna baxmayaraq, Lukaşenko IOC-un qərarı ilə razılaşmadığını bildirib: "Məhkəməyə müraciət etməliyik. IOC prezidenti Tomas Bax və digərləri mənə günahımın nə olduğunu söyləsinlər. Ölkəmi müdafiə etməyim? 25 ildir bu tədbirlərdə iştirak etmirəm. Bəs, bütün ölkələri bir araya gətirərək hansı qərarı verdiniz"?

Qeyd edək ki, IOC Aleksandr Lukaşenkonun Olimpiya Oyunları və qurumun bayrağı altındakı digər tədbirlərdə iştirakına müvəqqəti qadağa qoyub. Qadağalar eyni zamanda Belarus MOK-un prezidenti postunu tutan Aleksandr Lukaşenkoya, onun bu qurumdakı vitse-prezidenti olan oğlu Viktor Lukaşenko və İcraiyyə Komitəsinin üzvü Dmitri Baskova şamil edilib.

Son xəbərlər

Orphus sistemi