Lüis Hemilton: "Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi"

Lüis Hemilton: "Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi" “Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi. Həftəsonu ərzində ən sürətli deyildim”.
Fərdi
22 Aprel , 2019 13:04
Lüis Hemilton: Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi

“Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi. Həftəsonu ərzində ən sürətli deyildim”.

“Report” xəbər verir ki, bunu “Marca”ya “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinin qalibi Lüis Hemilton deyib. Beşqat dünya çempionu olan 34 yaşlı britaniyalı pilot həftəsonu baş tutacaq yarışla bağlı da fikirlərini bölüşüb: “Bakıdakı tras yaxşıdır, amma onun üzərində inadla çalışmaq lazımdır. Məqsədim daha inkişaf etmək və yaxşı olmaq, indikindən də yüksək nəticələr qazanmaqdır. Bottasın mənimlə rəqabət aparacağını, “Ferrari”nin də özünü göstərəcəyini gözləyirəm”.

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.

Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

Son xəbərlər

Orphus sistemi