Lüis Hemilton "Formula-1"in Kanada Qran-prisinin qalibi olub

Lüis Hemilton "Formula-1"in Kanada Qran-prisinin qalibi olub Qran-prinin növbəti mərhələsi Azərbaycanda keçiriləcək
Fərdi
12 İyun , 2017 01:23
Lüis Hemilton Formula-1in Kanada Qran-prisinin qalibi olub
Twitter

Bakı. 12iyun. REPORT.AZ/ "Formula-1" üzrə Kanada Qran Prisinə yekun vurulub.

"Report"un məlumatına görə, qalib adını "Mercedes" komandasının britaniyalı pilotu Lüis Hemilton qazanıb.

İkinci yeri onun komanda yoldaşı ("Mercedes") Valtteri Bottas, üçüncü yeri "Red Bull" təmsilçisi Daniel Rikkardo tutub.

"Formula-1"in ümumi hesabında birinci yerdə 141 xal ilə Sebastyan Fettel (Ferrari) qərarlaşıb. Hemilton ikincidir. Onun aktivində 129 xal var. Bottas isə 93 xal ilə üçüncü yerdədir.

Qran-prinin növbəti mərhələsi 23-25 iyun tarixlərində Azərbaycanda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi