Lüis Hemilton Avstraliya Qran-prisinin keçirilməsindən şoka düşüb

Lüis Hemilton Avstraliya Qran-prisinin keçirilməsindən şoka düşüb Formula 1 üzrə 6 qat dünya çempionu Lüis Hemilton Avstraliya Qran-prisinin keçirilməsinin tərəfdarı deyil.
Fərdi
12 Mart , 2020 17:22
Lüis Hemilton Avstraliya Qran-prisinin keçirilməsindən şoka düşüb

"Formula 1" üzrə 6 qat dünya çempionu Lüis Hemilton Avstraliya Qran-prisinin keçirilməsinin tərəfdarı deyil.

"Report" "Guardian"a istinadən xəbər verir ki, britaniyalı pilot hesab edir ki, yarış koronavirusa görə baş tutmamalıdır. O, yarışın belə şərtlər altında planlaşdırılmasından şoka düşdüyünü vurğulayıb. Hemilton "Melburndakı yarış niyə keçirilir" sualına belə cavab verib: "Pul hər şeyi idarə edir. Mən buna az şey əlavə edə bilərəm. Düşünmürəm ki, fikrimi bildirməkdən çəkinməliyəm".

Qeyd edək ki, daha öncə "McLaren" komandası əməkdaşı koronavirusa yoluxduğu üçün Avstraliya Qran-prisindən imtina edib. Dünya çempionatının ilk mərhələsi 13 - 15 martda Melburn trasında keçirilməlidir. 20 - 22 martdakı Bəhreyn Qran-prisi tarixdə ilk dəfə azarkeşsiz keçiriləcək. Bundan əlavə "Formula 1" rəhbərliyi 17 - 19 apreldə keçirilməsi planlaşdırılan Çin Qran-prisini qeyri-müəyyən müddətə təxirə salıb. 

Son xəbərlər

Orphus sistemi