Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç qurumun "evdə qal" kampaniyasına dəstək verən 70 güləşçiyə təşəkkür edib.
"Report"un məlumatına görə, onların arasında Azərbaycan millisinin 4 üzvü də var.
Bunlar Eldəniz Əzizli, Hacı Əliyev, Oyan Nəzəriani və Rafiq Hüseynovdur.
Qeyd edək ki, müxtəlif ölkələrin tanınmış güləşçiləri ingilis dilində "evdə qal, güclü qal” deyərək öz videoçarxlarını UWW-yə göndəriblər.