Kral klubu Beyli çox ucuz qiymətə satır

Kral klubu Beyli çox ucuz qiymətə satır İspaniyanın “Real-Madrid” klubu hücumçu Qaret Beyli İngiltərənin “Nyukasl Yunayted” futbol klubuna 20 milyon avroya satmağa hazırdır.
Fərdi
11 May , 2020 07:30
Kral klubu Beyli çox ucuz qiymətə satır

İspaniyanın “Real-Madrid” klubu hücumçu Qaret Beyli İngiltərənin “Nyukasl Yunayted” futbol klubuna 20 milyon avroya satmağa hazırdır.

“Report” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 30 yaşlı Beyl “Real”ın ən yüksək maaş alan oyunçusudur. Onun müqaviləsinin müddəti 2022-ci ildə bitəcək. Odur ki, futbolçu hər il 10 milyon avronu itirməmək üçün komandada qalmaq istəyir.

“Nyukasl”da öz növbəsində yüksək məvacib vermək şərtilə bir neçə oyunçunu transfer etməyi düşünür. Onlardan biri də Beyldir.

Xatırladaq ki, ingilis klubunun sahibi Mayk Eşli klubun Səudiyyə investorlarına 300 milyon funt sterlinqə (370 milyon ABŞ dolları) satılması barədə razılığa gəlib.

Qeyd edək ki, Beyl “Tottenhem”dən “Real”a 101 milyon avroya transfer olunub.

Son xəbərlər

Orphus sistemi