Azərbaycan, Kanada və Monako Qran-priləri ləğv olunur

Azərbaycan, Kanada və Monako Qran-priləri ləğv olunur "Formula 1" rəhbərliyi 2021 mövsümünün təqvimində əlavə dəyişikliklər edə bilər.
Fərdi
1352
16 Yanvar , 2021 13:31
Azərbaycan, Kanada və Monako Qran-priləri ləğv olunur

"Formula 1" rəhbərliyi 2021 mövsümünün təqvimində əlavə dəyişikliklər edə bilər.

"Report" "Formule1" nəşrinə istinadən xəbər verir ki, Monako, Azərbaycan və Kanada Qran-prilərinin ləğv edilmə ehtimalı var.

Səbəb koronavirus pandemiyasına görə marşrutların hazırlana bilməməsidir. Hər üç mərhələ şəhər trasında təşkil edilməlidir.

Ləğv olunacağı təqdirdə, onlar Türkiyə, İtaliya (Mucello) və Almaniyadakı (Nyurburqrinq) yarışlarla əvəz edilə bilər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir. 2020-ci ildə Bakıdakı yarış koronavirusa görə ləğv edilib.

Daha əvvəl "Auto Motor und Sport" Azərbaycan Qran-prisinin turnirin ləğv edilmə ehtimalının olduğunu yazıb.

Son xəbərlər

Orphus sistemi