Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi növbəti qələbəsini qazanıb Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.
Fərdi
30 İyul , 2022 16:40
Şahmat Olimpiadası: Kişilərdən ibarət Azərbaycan millisi növbəti qələbəsini qazanıb

Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, yığma II turda Filippin seçməsinə qalib gəlib.

Qədir Hüseynov və Nicat Abbasov rəqiblərini məğlub edib, Vasif Durarbəyli isə heç-heçəyə razılaşıb. Hazırda Rauf Məmmədovun görüşü davam edir. 34 yaşlı qrossmeyster məğlub olsa belə, yekun nəticə dəyişməyəcək.

Komanda ilk turda Əlcəzairi 4:0 hesabı ilə üstələyib.

II tur

Filippin – Azərbaycan – 0,5:2,5

Mark Paraqua – Rauf Məmmədov

Rocerio Barcenilya – Qədir Hüseynov - 0:1

Con Pol Qomes – Vasif Durarbəyli - 0,5:0,5

Paulo Bersamina – Nicat Abbasov - 0:1

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi