Yuxarı

​Kirsan İlümjinov: 20 ildir şahmatçıların xüsusi geyimdə olması üçün mübarizə aparırıq

BŞF prezidenti Dünya Kuboku iştirakçıları üçün vahid dress-kod müəyyənləşdirildiyini bildirib

Bakı. 9 sentyabr. REPORT.AZ/ "20 ildir şahmatçıların xüsusi geyimdə olması üçün mübarizə aparırıq".

Bunu "Report"a açıqlamasında Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov deyib.

Rusiyadan olan funksioner sentyabrın 10-da Bakıda start götürəcək Dünya Kuboku iştirakçıları üçün vahid "dress-kod" müəyyənləşdirildiyini bildirib. Onun fikrincə, yarışın keçiriləcəyi "Fairmont" kimi gözəl oteldə çəkərəklə gəzmək düzgün deyil.

K.İlümjinov şahmatçıların yarış məkanlarında siqaret çəkmələrinə də münasibət bildirib. FİDE prezidentinin fikrincə, bu məsələ təşkilatçı ölkənin qanunları ilə tənzimlənməlidir:

"Bəzi ölkələrdə qapalı məkanlarda siqaret çəkilməsi qadağan edilib. Bəzilərində ümumiyyətlə yarış məkanından müəyyən məsafə aralıda siqaret çəkmək üçün yerlər müəyyənləşdirilib. Azərbaycanda da bu məsələyə dair qərarı Təşkilat Komitəsi verməlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi