Kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçiriləcək

Kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçiriləcək Mayın 20-də kişi və qadınlar arasında kikboksinq üzrə XXVI Azərbaycan çempionatına start veriləcək.
Fərdi
19 May , 2022 17:52
Kikboksinq üzrə XXVI Azərbaycan çempionatı keçiriləcək

Mayın 20-də kişi və qadınlar arasında kikboksinq üzrə XXVI Azərbaycan çempionatına start veriləcək.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 3 gün davam edəcək yarışda ilk dəfə kikboksinqin “Full Contact” növü üzrə mübarizə gedəcək.

Buna səbəb avqustda Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarında bu növ üzrə yarışın salınmasıdır.

Beləliklə, XXVI Azərbaycan çempionatı “Low Kick” və “Full Contact” növü üzrə keçiriləcək. Kişilərdə hər iki növ üzrə doqquz çəki (51 kq, 54 kq, 57 kq, 60 kq, 63,5 kq, 67 kq, 71 kq, 75 kq, 81 kq, 86 kq, 91 kq, +91 kq), qadınlarda beş çəki dərəcəsində (48 kq, 52 kq, 56 kq, 60 kq, 65 kq) mübarizə reallaşacaq.

Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək yarışda ilkin mərhələyə sabah saat 09:00-dan etibarən start veriləcək. Saat 14:00-da isə yarışın təntənəli açılış mərasimi təşkil olunacaq.

Qeyd edək ki, bu yarışın qalibləri İslamiadada Azərbaycanı təmsil etmək hüququ əldə edəcək.

Son xəbərlər

Orphus sistemi