"Burada olmaqdan şadam. Azərbaycana gəlməyimdə səbəb var. Bu ölkənin Kikboksinq Federasiyasına dəstək olmaq istəyirik. Onlar Azərbaycan Kikboksinq Federasiyası Avropada ən öncüllərdəndir".
"Report"un məlumatına görə bunu Bakıda səfərdə olan Ümumdünya Həvəskar Kikboksinq Təşkilatının (WAKO) prezidenti Roy Beyker deyib.
Qurumun rəhbəri bildirib ki, gələn il bu idman növündə ən böyük yarış keçiriləcək: "Növbəti il Avropa çempionatı olacaq. Türkiyənin Antalyada şəhərindəki yarış Azərbaycan idmançıları üçün bir fürsət olacaq. İnanıram ki, onlar özlərini göstərə biləcəklər. Biz Avropa Olimpiya Komitəsi ilə danışıqlar aparırıq. 2023-cü ildə Polşanın Krakov şəhərindəki III Avropa Oyunlarında təmsil olunmaq istəyirik. Düşünürəm ki, buna nail olacağıq. Mənim işim bu idman növünü inkişaf etdirməkdir".