​Kikboksçu Eduard Məmmədov finalda erməni ilə qarşılaşacaq

​Kikboksçu Eduard Məmmədov finalda erməni ilə qarşılaşacaq İdmançı Aşot Xaçaturyanı sınağa çəkəcək
Fərdi
8 Noyabr , 2015 20:15
​Kikboksçu Eduard Məmmədov finalda erməni ilə qarşılaşacaq

Bakı. 8 noyabr. REPORT.AZ/ İspaniyanın Benidorm şəhərində kikboksinqin WKA versiyası üzrə dünya cempionatı keçirilir.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, 19 qat dünya çempionu, 6 qat Avropa çempionu, dəfələrlə peşəkar turnirlərin qalibi olan Azərbaycan kikboksçusu Eduard Məmmədov final mərhələsində mübarizə aparacaq.

Həlledici mərhələdə onun rəqibi Ermənistan təmsilçisi Aşot Xaçaturyan olacaq.

Son xəbərlər

Orphus sistemi