Kiberidman olimpiya proqramına salına bilər

Kiberidman olimpiya proqramına salına bilər Kiberidman Yay Olimpiya Oyunlarının proqramına salına bilər.
Fərdi
26 Oktyabr , 2021 22:51
Kiberidman olimpiya proqramına salına bilər

Kiberidman Yay Olimpiya Oyunlarının proqramına salına bilər.

"Report"un məlumatına görə, bu barədə Rusiya Kompüter Oyunları Federasiyasının prezidenti Dmitri Smit açıqlama verib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə işlər gedir: "Şəxsən mən əminəm ki, kiberidmanın Olimpiya proqramına daxil edilməsi an məsələsidir. Çünki kiberidman çox böyük auditoriyaya malikdir".

Qeyd edək ki, növbəti olimpiada 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi