KİV: WADA rusiyalı 95 idmançıya qarşı işi bağlayıb

KİV: WADA rusiyalı 95 idmançıya qarşı işi bağlayıb Agentlik baxılan 96 işdən 95-də anti-dopinq qaydalarının pozulmasına dair inandırıcı sübutlar tapmayıb
Fərdi
13 Sentyabr , 2017 15:58
KİV: WADA rusiyalı 95 idmançıya qarşı işi bağlayıb
Р-Спорт

Bakı. 13 sentyabr. REPORT.AZ/ Ümumdünya Antidopinq Agentliyi (WADA) rusiyalı 95 idmançıya qarşı araşdrımanı dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Qəzetin əlinə WADA-nın rəhbər şəxsləri arasında olan daxili hesabat keçib və məlum olub ki, agentlik baxılan 96 işdən 95-də anti-dopinq qaydalarının pozulmasına dair inandırıcı sübutlar tapmayıb. Amma idmançıların adları açıqlanmayıb.

"Əldə olunan sübutlar bu 95 atletin antidopinq qaydalarını pozduğunu iddia etmək üçün kifayət qədər deyildi", - qəzetin məlumatına görə, bunu WADA-nın baş direktoru Olivye Niqqli hesabatda qeyd edib.

Qəzetin yazdığına görə, bu idmançılara qarşı araşdırmanın aparılmasına səbəb Moskva Antidopinq Laboratoriyasının sabiq rəhbəri Qriqori Rodçenkovun əlçatmazlığı olub. Amma Laboratoriyanın sabiq rəhbərinin vəkili bu faktı inkar edib və onun əməkdaşlığa hazır olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi