KİV: Rusiyanın Beynəlxalq Olimpiya Komitəsinə üzvlüyü bərpa edilib

KİV: Rusiyanın Beynəlxalq Olimpiya Komitəsinə üzvlüyü bərpa edilib Bakı. 28 fevral. REPORT.AZ/ Rusiya Olimpiya Komitəsinin (OKR) Beynəlxalq Olimpiya Komitəsində (İOC) üzvlüyü bərpa olunub. 
Fərdi
28 Fevral , 2018 16:58
KİV: Rusiyanın Beynəlxalq Olimpiya Komitəsinə üzvlüyü bərpa edilib

Bakı. 28 fevral. REPORT.AZ/ Rusiya Olimpiya Komitəsinin (OKR) Beynəlxalq Olimpiya Komitəsində (İOC) üzvlüyü bərpa olunub. 

"Report" xəbər verir ki, bu barədə "R-Sport" bir neçə mənbəyə istinadən məlumat yayıb. 

OKR-in üzvlüyü 5 dekabr 2017-ci ildə dayandırılıb. Nəticədə Rusiya idmançıları 9 - 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarına "Rusiyalı olimpiyaçı atlet" (OAR) statusunda qatılıblar. Onlar 2 qızıl, 6 gümüş, 9 bürünc medal qazanıblar. 

Son xəbərlər

Orphus sistemi