KİV: Cənubi Koreya XXIII Qış Olimpiya Oyunlarının ev sahibliyi üçün rüşvət verib

KİV: Cənubi Koreya XXIII Qış Olimpiya Oyunlarının ev sahibliyi üçün rüşvət verib Rüşvət alan 27 nəfərdən 12-si Afrika ölkələrinin Milli Olimpiya Komitələrinin üzvləridir
Fərdi
10 Aprel , 2018 15:09
KİV: Cənubi Koreya XXIII Qış Olimpiya Oyunlarının ev sahibliyi üçün rüşvət verib

Bakı. 10 aprel. REPORT.AZ/ Cənubi Koreya XXIII Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün rüşvət verib.

“Report” "İnside the Games"ə istinadən xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (İOC) 27 üzvü Pxençxanın namizədliyini marketinq və sponsorluq müqavilələri qarşılığında dəstəkləyiblər. Bu, Cənubi Koreyanın sabiq prezidenti Li Men Baka qarşı aparılan araşdırmalar zamanı üzə çıxıb.

Rüşvət alan 27 nəfərdən 12-sinin Afrika ölkələrinin Milli Olimpiya Komitələrinin üzvləri olduğu bildirilir. 27 nəfərlik siyahının hazırlanmasında İOC-a Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının sabiq prezidenti Lamin Diakın oğlu köməklik göstərib.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları 9 – 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçirilib. 

Son xəbərlər

Orphus sistemi