Kəramət Hüseynov: "Dayımın rekordunu yeniləmək istəyirəm"

Kəramət Hüseynov: "Dayımın rekordunu yeniləmək istəyirəm" "Bu, Tokio Yay Olimpiya Oyunları ərəfəsində ən böyük yarışlardan biri idi. Ciddi hazırlaşmışdıq. Yarışa böyük ümidlə qatıldım və sevinirəm ki, 3-cü yeri tutdum. Bu medalı olimpiadada "qızıl" və ya "gümüş"lə əvəzləmək istərdim".
Fərdi
7 İyun , 2021 12:17
Kəramət Hüseynov: Dayımın rekordunu yeniləmək istəyirəm

"Bu, Tokio Yay Olimpiya Oyunları ərəfəsində ən böyük yarışlardan biri idi. Ciddi hazırlaşmışdıq. Yarışa böyük ümidlə qatıldım və sevinirəm ki, 3-cü yeri tutdum. Bu medalı olimpiadada "qızıl" və ya "gümüş"lə əvəzləmək istərdim".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan cüdoçusu Kəramət Hüseynov Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında çıxışı barədə danışarkən deyib.

60 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı bildirib ki, mundialda ən çətin görüşü Bakıdakı 2018-ci il dünya çempionatının bürünc mükafatçısı, yaponiyalı Ryuju Naqayamaya qarşı olub: "Bu çəkinin lideri Naqayama idi. Çoxları onun üzərində qələbə qazanacağıma inanmırdı. Amma özüm buna əmin idim. Nəticədə çətinliklə də olsa, Naqayamanı məğlub etdim".

Hüseynov öz çəkisindəki bütün cüdoçuları əsas rəqib kimi gördüyünü söyləyib: "Bakıdakı mundialda digər yaponiyalı Naohisa Takatoya uduzmuşdum. O da bizim çəkinin lideri hesab olunur. Amma mən bu çəkidəki hər bir idmançını özümə əsas rəqib sayıram. Yaponiyalı cüdoçuları seçmək olmur. Demək olar ki, hamısı çətin rəqibdir".

Budapeştdəki uğurdan sonra hesabına daha 1 000 xal əlavə edən idmançı reytinqdə 14-cü sıraya yüksəlib. Hüseynov bundan sonra əsas diqqətini olimpiadaya yönəldəcəyini vurğulayıb: "Vaxtımız azdır. Təbii ki, əsas hazırlığımız Tokio olimpiadasına olacaq. Amma məşqçilər heyəti hələlik Oyunlara kimin gedəcəyi ilə bağlı qərarı açıqlamayıb".

Cüdoçu nüfuzlu yarışdakı əsas hədəfini də açıqlayıb. O, dayısı Elnur Məmmədlinin Pekin olimpiadasındakı uğurunu təkrarlamaq istədiyini deyib: "Qızıl medal qazanmaq, dayımın rekordunu yeniləmək istəyirəm".

Qeyd edək ki, Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi